18Şubat2018

MAKALELER ANTROPOLOJİ Göy qurd; göysəl qurd

Göy qurd; göysəl qurd

FacebookTwitterGoogle bookmarkMyspace bookmarkDel.icio.usDigg
Kullanıcı Değerlendirmesi: / 1
ZayıfEn iyi 
Makale İçeriği
Göy qurd; göysəl qurd
Sayfa 2
Tüm Sayfalar

Azeri yazar Firəngiz Rüstəmova'nın Türklerdeki Kurt/Bozkurt/Gökkurt inanışının makalesi:

 

Qurd/Gök Qurd; Göksəl Qurd/Dişi Qurd dedikdə yerdəki qurddan deyil, Sirius, Qütb ulduzu, köpək “takımyıldızı”ndan, yəni bürcündən bəhs edilir.

Gök Qurdun Kosmik anlamı var. Çin mifologiyasına görə Sirius ulduzundakı ”göksəl sarayın” gözətçisi boz qurddur, Yunanlara görə Sirius ulduzu Böyük Köpək bürcündə yerləşir, Perslər və Tuareglər Siriusa Köpək ulduzu deyir, Hind miflərində saman yolunun gözətçisi köpək “sarama”dır, Qədim Misirdə Siriusu böyük bir köpək təmsil edərmiş.

İsisin ulduzu Siriusdur. İsgəndəriyədə basılan pulların üzərində İsida bir köpəyin ustündə təsvir edilibmiş. Osiris isə Sirius “B”-ni təmsil edirmiş.

Plutarx İsislə köpəkbaşlı Anubisin münasibətini belə yazır –“Neftis görünməz olandır, İsis isə görünür. Bunlara toxunan çəmbər hansı ki, ona üfük/üfüq deyilir, hər ikisinin ortaq nöqtəsidir və Anubis adını alaraq, bir köpək görkəmində təsvir edilir. Çünki köpəklər həm gecə, həm də gündüz görə bilirlər”.

Dünyada qurdlara ən çox önəm verən verən millət türklər olub. Türk mifologiyasında böyük ayı bürcünün 7 ulduzunda “yeddi azğın qurd” deyə bəhs edilir.

Gök qurd - Gökbörü Altay dağlarında, qədim Hun məskənlərində qurd tanrı heykəlləri var. Bəzi əfsanələrdə qurd yol göstərən kimi təsvir edilir. Məsələn, Oğuz kağanın ordusuna vaxtaşırı bir işıq şüası ilə anidən peyda olmuş bir qurd yol göstərib. Oğuz kağan dastanında bu qurddan belə söz edilir: "Dan ağarınca Oğuz kağanın çadırına günəş kimi bir ışıq girdi. O işıqdan göy tüklü ve göy yeləli böyük bir erkək qurd çıxdı".

Dastandakı qurd daha sonra bir də qeyb olub yenidən ortaya çıxaraq Oğuz kağanın ordusuna rəhbərlik edər.

Bəzi araşdırmaçı alimlər Türk boylarına yol göstərən, döyüşlərdə yardım edən varlığın qurd cildinə girmiş Xızır olduğunu söyləyir.

Ergenekon əfsanəsində də qurdun yol göstərməsi məlumdur. Anadoluya gələn türklər bir qurdun arxasınca gəlmişlər və qurdun qeyb olduğu yerdə məskən salmışlar.

Sibir şamanlarının inancına görə qurd tanrının elçisidir və tanrıdan xəbər gətirir.

Türk törəyiş dastanlarında qurd ya ata ya da ana kimi təsvir edilir. Məsələn, Uyğurların törəyiş dastanlarında qurd atadır. Göktürk əfsanələrində isə anadır.

Tukyu əfsanəsində sağ qalmış son əsgəri mağarasına aparan dişi qurd onunla cütləşərək nəsli yenidən davam etdirmişdi.

Hun əfsanəsində doqquz oğuzların törəməsini qurd-insan cütləşməsi davam etdirib.

Deniz Karakurta görə: ”Qurd Ana/Qurd Tanrıça/Kurt Tanrıça. Demək olar ki, bütün Türk boyları ortaq bir inanış olaraq dişi qurddan törədiklərinə inanırlar.

İlk dəfa Hun və Vusun (Wu-Sun) ortaq əfsanələrində yer alan bir əhvalata görə; Hun hökümdarı tərəfindən öldürülən Vusun Kağanının kiçik oğlu çölə buraxılmış və onu da dişi bir qurd əmizdirmişdir. Bunu görən Hun Kağanı çocuğu yanına alaraq yetişdirmiş və krallığını ona geri vermişdir.

Dişi qurddan törəmə anlayışı “Aşina” (E-Çine) əfsanəsində ən yetkin biçiminə çatmışdır. Göktürklərin bu törəyiş əfsanəsinə görə ataları olan adam hələ bir körpə ikən Aşina tərəfindən qurtarılmışdır. Söyləncədə ailəsini öldürən düşmənləri tərəfindən bir bataqlığa atılan çocuğu burada dişi bir qurd taparaq əmizdirir və daha sonra böyüyüncə də onunla evlənir. Doğulan on uşaqdan, Göktürklərin on boyu yaranır. Göktürk dövlətini quran Aşina sülaləsi bu uşaqlardan birinin soyundan gəlməkdədir və Hun əsillidirlər.

Qurd Ana eyni zamanda qurdları qoruyan qutlu bir ruh olaraq da görünür.

Qurd Anaya Avropa əfsanələrində də rast gəlinir. Məsələn, Romanın qurulması ilə ilgili olaraq “Romus ve Romulus əfsanəsi”ndə də rastlaşmaq mümkündür. Bu motivin Türklərlə bağlı bir qövm olduğu təxmin edilən Etrüsklər vasitəsilə İtaliyaya çatmış olması mumkündür.

Cingiz Aytmatovun, yox olan doğal tarazlığı bir qurdun gözünden anlatdığı “Dişi Qurdun Röyaları” adlı əsərində qurd doğanı, vətəni və yaşamı simvolizə edir”.


ARKEOGRAFYA websitesi; Arkeoloji, Sanat Tarihi, Tarih, Filoloji, Antropoloji, Paleontoloji, Mitoloji, Müze ve Arkeoteknik ile ilgili konularda yayın yapar.

ARKEOGRAFYA websitesi, Basın Meslek İlkelerine uymaya söz verir.

ARKEOGRAFYA  ©  Her hakkı saklıdır. Yazı ve fotoğraflar kaynak veya bağlantı verilmesi koşuluyla kullanılabilir.